azia.az
azia.az

"Gürcüstan Azərbaycan qazından asılıdır" - Kaxa Kaladze

25-05-2017, 13:15

"Gürcüstan Azərbaycan qazından asılıdır" - Kaxa Kaladze


"Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu olduqca böyükdür". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze "Regionda Enerji Sammiti" mövzusunda keçirilən tədbirdə bildirib.

Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.

"Biz bu gün Azərbaycan qazından asılıyıq. Belə ki, hazırda Gürcüstan yalnız Azərbaycanda təbii qaz alır. Bu isə bizim üçün çox vacibdir. Azərbaycan bizim strateji tərəfdaşımız olaraq Gürcüstana böyük həcmdə investisiya yatırır. Bizim birgə həyata keçirdiyimiz iri layihələr tezliklə başa çatacaq və biz əlavə həcmdə Azərbaycandan təbii qaz alacağıq", - energetika naziri qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi