azia.az
azia.az

""Şahdəniz"də problem yarandı, Azərbaycanın qazı kəsildi, Rusiyadan aldıq..."

25-03-2017, 10:09

""Şahdəniz"də problem yarandı, Azərbaycanın qazı kəsildi, Rusiyadan aldıq..."


Energetika nazirinin müavini açıqlama verdi

Gürcüstanın energetika nazirinin müavini mart ayının əvvəllərində Azərbaycanın “Şahdəniz” qaz yatağında problem yarandığını və nəticədə Gürcüstana Azərbaycan qazının təchizatının dayandırıldığını açıqlayıb. İstiPress Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, nazir müavini Mariam Valişvili problemin nədən ibarət olduğu haqda danışmayıb, ancaq Azərbaycandan qaz təchizatının dayandırılmasına görə Rusiyadan qaz aldıqlarını deyib.

""Şahdəniz"də problem yarandı, Azərbaycanın qazı kəsildi, Rusiyadan aldıq..."

Mariam Valişvili
“Ayın əvvəllərində “Şahdəniz” yatağında problemlər oldu və bizdə Azərbaycan ərazisindən qaz təchizatı iki-üç gün ərzində praktiki olaraq məhdudlaşdı. Əlbətdə, biz bu halda istehlakçıların qaz təchizatını məhdudlaşdıra bilməzdik və “Qazprom”la əvvəldən bağladığımız müqavilə çərçivəsində nəzərdə tutulan və konkret şərtlərdə istifadə olunmağa hesablanan qaz həcmindən istifadə etdik”-Valişvili bildirib.

Nazir müavini bildirib ki, martın əvvəllərində Rusiyadan alınan əlavə qaz həcmindən başqa Gürcüstan yanvar-fevral aylarında “Qazprom eksport”dan 100 milyon kubmetr qaz alıb.

Məlumat üçün deyək ki, “Şahdəniz”də problem yarandığı barədə isə Azərbaycan tərəfindən heç bir rəsmi aşqlma olmamışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi