azia.az
azia.az

Millət vəkili prezidentə müraciət etdi - EKSKLÜZİV FOTOLAR

23-04-2017, 19:42

Millət vəkili prezidentə müraciət etdi - EKSKLÜZİV FOTOLAR

Deputat ölkə başçısına təşəkkür etdi

Azərbaycanlı deputat Vahid Əhmədov Quba məzarlığının uçulub dağılmasının qarşısını almaq, bu erməni vəhşiliyinin canlı sübutu olan məzarlığın xüsusi qorunmasından ötrü köməklik göstərilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Ölkə başçısı deputatın qaldırdığı məsələyə dərhal müsbət reaksiya verib.

Məlumatı İstiPressin şimal bürosuna təsdiqləyən Vahid Əhmədov müraciətində məzarlıqdakı insan sümüklərinin çürüməsinin genişləndiyini, yeganə canlı nümunəmizin uçulub dağılmaq, məhv olmaq təhlükəsində olduğunu qeyd edib. Millət vəkli şimal müxbirimizə yaxın günlərdə ölkə prezdentinin məzarlığın xüsusi mühafizə olunmasının təmin edilməsi, burada şüşəli muzey yaradılmasının təşkili məqsədilə xüsusi sərəncam imzalayacağının gözlənildiyini bildirib.

Vahid Əhmədov müraciətinə müsbət reaksiya verdiyinə görə prezident İlham Əliyevə təşəkkür etdi, hazırda ölkə başçısının tapşırığına əsasən müvafiq qurum və nazirliklərin rəsmilərinin birgə iş apardığını dedi.

Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev Mədəniyyət və Turizm Nazirliyininə xüsusi arayış hazırladığını, prezidentin məsələyə qarışması ilə 10 ildir qaldırdığı məsələnin artıq həll olunmaq üzrə olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, Quba məzarlığının qorunması, burada ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş dinc insanların uyuduğu məzarlığın dağılma təhlükəsinin olması barədə ANS-in fəaliyyəti dövründə və İstiPress-də də bir neçə dəfə videosüjetlər və yazılar vermişik.

Məsələnin həllində müsbət addımın atılmasına, Quba məzarlığı tapıldığı vaxtdan ilk süjet verən və indiyədək bu məsələni özünün prioritet mövzusu hesab edən mətbuat təmsilçisi kimi , mən də çox sevinirəm və cənab prezidentə təşəkkür edirəm.

Aytəkin Alxaslı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi