azia.az
azia.az

Vəkili erməni şirkətinə dost əli uzatmağa nə vadar etdi? - Sensasion faktlar

21-04-2017, 12:55

Vəkili erməni şirkətinə dost əli uzatmağa nə vadar etdi? - Sensasion faktlar

“Emre Piliç” işində Aslan İsmayılovu Bozaçyanla Oskayanı şad-xürrəm edərək sevindirir

Mürvət Həsənliyə ermənilərin saat bağışlaması iftirasını atanlar Oskayandan qonorar almağa hazırlaşır, əməkdaşlığı genişləndirir

Erməni səhmdarlar azərbaycanlı sahibkara qarşı çəkişmədə azərbaycanlı vəkili özlərinə tərəf necə çəkdi? - Təfərrüat

Səhmdarlarından ikisi erməni olan “Emre Piliç” şirkətinin Azərbaycanda iş adamı Mürvət Həsənliyə qarşı qarayaxma kampaniyası davam etməkdədir.

Oral və İsmayılov erməniləri necə sevindirir?

“Gündəm-Xəbər” yazır ki, şirkət sahibi Ömür Oral erməni şərikləri ilə iş qurmağına görə abrına bükülmək əvəzinə damazlıq təsərrüfatı olan və həmin firmada erməni səhmdarlarının olduğunu bilib əməkdaşlığı dayandıran M.Həsənliyə iftira atmaqdadır.

Ən təəsüf doğuran məqam isə həmin erməni səhmdarlarının kənardan bu işi müşahidə edib sevinmələridir. Onlar fikirləşirlər ki, baxın - bir millət, iki dövlət, bir-birinə qardaş deyən ölkələrin iş adamları ədavət aparır.

Üstəlik, bu çəkişmədə vəkil Aslan İsmayılov da “Emre Piliç”ə dəstəyini əsirgəmir. Ölkədə məhkəmə problemi olan, hüquqları tapdanan vətəndaşlar qəhət olub, A.İsmayılov gedib Türkiyədə ermənilərin şərik olduğu şirkətə qahmar çıxıb.

Ən azından onun bu işi götürməsinə heç nə vadar etmirdi. Sadəcə, maddi maraq onu cəlb edib və indi erməninin hüquqlarını müdafiə edir ki, ondan alacağı qonorarı rahatlıqla xərcləsin.

Ö.Oralı növbəti böhtanlarından biri isə M.Həsənliyə guya ki, ermənilərin vaxtilə 40 min dollara qol saatı bağışlamasıdır.

Gecə-gündüz Bozaçyanla, Oskayanla çiyin-çiyinə işləyən, onlarla çörək kəsən şirkət sahibi bu əməkdaşlığa son qoymaq yerinə, M.Həsənli ilə barışığa getmək, erməni dəyirmanına su tökməmək, onları sevindirməmək əvəzinə olmazın iftiralar yağdırır.

Ö.Oralın çıxışında deyilir: “Hətta, Mürət Həsənli oğlumun kirvəsi olsa da, Türkiyədə olduğu müddətdə məndən çox hazırda erməni adlandırdığı kişilərlə görüşürdü”.

Əgər beləydisə, bunu onun üzünə zamanında niyə demirdi, Ömər əfəndi? Nə üçün soruşmurdu ki, Mürvət abi, niyə ermənilərlə belə mehribansan? Çünki cəfəng iddialardır və M.Həsənli “Emre Piliç”lə əməkdaşlığı məhz elə orada erməni səhmdarlar olduğunu biləndə dayandırıb.

İş adamı ermənilərlə mehriban olsaydı, onlarla tez-tez görüşsəydi, nə üçün şirkətlə əməkdaşlığı dayandırırdı, əksinə genişləndirərdi, bir sahibkar kimi daha çox gəlir əldə edərdi.

Ancaq vətənpərvərliyi, vicdanı buna yol verməyib ki, ermənilərlə işləsin. Bu faktları dilə gətirməyi, etiraf etməyi bacarmayan Ömər əfəndiyə vəkil Aslan İsmayılov da qoşulur.

M.Həsənlini ermənilərlə daha yaxın olmaqda ittiham edən adamlar indi məhkəmədə onların hüquqlarının müdafiəçisidirlər.

Ermənilər azərbaycanlıları üz-üzə qoyub

“Gündəm-Xəbər” yazır ki, vəkil A.İsmayılov bu işi udacağı halda erməni şərikliyi olan şirkətdən yüksək məbləğdə qonorar alacaq.

Onun bu prosesdə yeganə tərəfkeşliyi də məhz pul üzərində qurulub. Yəni, Ömər Oral da, şərikləri Bozaçyanla Oskayan da azərbaycanlı vəkili pulla ələ alıb bir azərbaycanlı iş adamına qarşı məhkəməyə çıxarıblar.

A.İsmayılov da müsahibələrinin birində deyib ki, ermənilərin hüquqlarını müdafiə etməyə hazırdır. Hər halda heç bir erməni vəkil bunu etməzdi. A.İsmayılovun isə indi nədənsə kosmopolitlik damarı tutub.

Mətbuatda yayılan maraqlı iddialardan birisə budur ki, Ömür Oral 8 aprel mitinqində müxalifətə maliyyə dəstəyi verib. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələni şərh edib.

Ermənilər isə dünyanın harasında yaşamasından asılı omayaraq əvvəlcə ermənidi, sonra hüquqşünas, alim və ya jurnalist.

İnsanın öz şəxsi maraqlarını hər şeydən üstün tutmasını anlamaq olmur. Söhbət ermənilərdən gedirsə məsələyə xüsus diqqətlə yanaşılmalıdır.

Qeyd edək ki, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli də tədbirdə məsələyə münasibət bildirib:

“Beynəlxalq Diaspor Mərkəzi Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib.

Aslan İsmayılov ermənilərlə şərik çalışan və biz qərbi azərbaycanlıları erməni adlandıran iş adamını müdafiə edir. Hələ utanmadan deyirlər ki, onlar Türkiyə ermənisidir? Onlara demək istəyirəm ki, erməni hər yerdə ermənidir.

Harada yaşamasından asılı olmayaraq. Azərbayacana yumurta ixrac edən türk şirkətinin ermənilərlə əməkdaşlığı, şərik çalışması sənədlərlə sübuta yetirilib. İndi bu ermənilərin qazandığı pulun ASALA terror təşkilatına getməməsi bəllidirmi?

Biz, Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişik və cavab tələb edirik”.

Şəhid vermiş sahibkarla vəkilin fərqi

“Gündəm-Xəbər” yazır ki, Hafiz Hacıyev Aslan İsmayılovun Gürcüstanda ermənilərlə iş birliyi qurduğu iddiasını da irəli sürüb və bildirib ki, bununla bağlı əllərində dəqiq faktlar var.

“Aslan İsmayılovla zamanında iş birliyimi dayandırmasaydım qohumlarımın, xalqımın, elimin- obamın üzünə necə çıxardım? Xalam oğlu, üç əmim oğlu erməni gülləsindən şəhid olub. Erməninin təmsil olunduğu şirkətlə heç bir iş görə bilməzdim.

Məhz elə bu sözləri "Xəmsə" MMC-nin direktoru Mürvət Həsənli deyib. Əlbəttə bu cavab kifayət edir ki, tərəflərin hansı mövqedə olduğu aydınlaşsın. Şəhid vermiş sahibkar erməniylə əməkdaşlığı xəbər tutan kimi dayandırır, A.İsmayılov isə davam etdirir.

İş adamı, Aslan İsmayılovun məqsədli şəkildə bu işlə bağlı qalmaqal yaratdığını deyib: “Aslan İsmayılov qarşısındakı insanı mətbuatdan istifadə etməklə şantaj edib, pul qazanır. 2008-ci ildə mənə zəng edib dedi ki, bacımın qonşusu “Xəmsə” restoranında toy edib. 1800 manata qədər borcu qalıb.

Xahiş edirəm, o borcu güzəştə gedin, ya da adam sizdə işləyib borcunu ödəsin. Mən o borcu güzəştə getdim. Sonra məlum oldu ki, həmin insandan vasitəçiliyə görə 1000 manat pul alıb. Bu gün də eyni düşüncə ilə hərəkət edir.

Başa düşürəm, vəkillik fəaliyyətinə xitam verildiyi üçün əlinə yaxşı pul gəlmir. Amma bu heç də o demək deyil ki, insanlara çamur atmaqla pul qazanmaq lazımdır.

Bizim yeni açdığımız bu kluba çoxlu maşınlar gəlir. Dayanacaqda işləmək üçün adam axtarırıq. Qazanc da pis deyil. Məmnuniyyətlə Aslan İsmayılova həmin vakansiyanı təklif edə bilərəm ki, belə işlərdən əl çəksin”.

M.Həsənli daha sonra Aslan İsmayılovun Dövlət Neft Şirkətində çalışan hansısa şəxs tərəfindən gizli maliyyələşdirildiyini deyib: “Deyir ki, “Siyəzən Broyler”in sahibi yuxarılardadı. Bütün məlumatlar internetdə var.

“Siyəzən Broyler”in 72 səhmdarı var. Onlardan biri də ərəbdir. Deyir ki, dənizdə neftçilərin həlak olması korrupsiya ilə bağlıdır.

Hansısa dəirələrin təmirə ayırdığı pullar zamanında çatdırılmayıb. O pullar sənə çatır da! Mən bilirəm axı sənin arxanda Neft Şirkətində çalışan kim durur! O pulu sənə çatdırırlar! Mən bilirəm sənə kim pul verir”.

Oral 18 milyon kələk gəlib

“Gündəm-Xəbər” yazır ki, , Ömür Oral Azərbaycandakı fabrikləri 18 milyon dolların üzərində aldadıb. Bununla bağlı hər iki dövlətin müvafiq qurumlarına məlumat verilərək, məhkəməyə gediləcək.

Xatırladaq ki, Azərbaycan mediasında milliyətcə erməni olan Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan ortaq olduğu Türkiyənin iri broyler şirkəti olan “Emre Piliç”in Azərbaycana quşçuluq məhsulları idxal etdiyi ciddi rezonans doğurub.

Azərbaycandan bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb.

Məlumatlara görə, bu şirkət ən çox “Qaradaşlı” Broylerlə əlaqə qurub. Bu şirkətlər “Emre Piliç”dən əsasən damazlıq yumurta alırlar. Ancaq xəbər tutan kimi əməkdaşlığı dayandırıblar.

Bu məsələyə ötən ilin dekabrında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da sərt reaksiya verib. Millət vəkili deyib ki, bu məhsulların Azərbaycana haradan, hansı dövlət vasitəsilə gətirilməsi araşdırılmalıdır:

“Ümumiyyətlə, belə hallar olmamalıdır. Çünki Azərbaycan torpağının 20 faizini işğal edən, 1 milyon 200 minə yaxın əhalisinin qaçqın düşməsinə səbəb olan ermənilərin ortaq olduğu şirkətin məhsullarının bazara daxil edilməsi yolverilməzdir və qarşısı alınmalıdır”.

V.Əhmədov məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən lazımi tədbirlər görüləcəyinə əminliyini vurğulayıb: “Xüsusilə bu kimi hallar mətbuat səhifələrinə çıxarıldığı, ictimailəşdirildiyi zaman daha effektiv nəticələr əldə edilir.

Bununla yanaşı qeyd etməliyəm ki, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və başqa qurumlar bütün mal-məhsulu sərhəddən yoxlayıb buraxırlar.

Amma bəzən bir varianta da əl atırlar. Belə ki, bəzi işbazlar erməni malını Türkiyə adı, etiketi ilə Azərbaycana gətirib satırlar. O zaman onun müəyyənləşdirilməsi çətin olur. Çünki bu, ermənidir, nə edəcəyi bəlli deyil. Biz hər şeyə hazır olmalıyıq”.

Beləliklə, bu məsələdə hər şey çılpaqlığı ilə göz önündədir. Lap elə deyək ki, hətta bu məsələdə “Emre Piliç” firması və şirkətin erməni şərikləri hüquqi cəhətdən tam haqlıdır, onları müdafiə etmək A.İsmayılovun nəyinə lazımdır? Hansı haqqı və ədaləti və kimə sübut etmək istəyir? Suallar ritorikdir…

Cəfər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi