azia.az
azia.az

Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

30-07-2016, 05:36

Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA İqtisadiyyat Nazirliyi sabahdan etibarən Azərbaycanda çörəyin qiymətinin artacağına dair məlumatlara aydınlıq gətirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Lent.az-a verdiyi məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır: "Hazırda çörəyin qiymətində artım yoxdur. Bu monitorinqlər zamanı çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində hər hansı dəyişiklik olarsa, bunun səbəbləri araşdırılacaq və buna uyğun olaraq tədbir görüləcək".

A. Əliyev bildirib ki, çörək qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsulların siyahısına daxildir: "Bununla belə, qiymətləri dövlət tərəfindən tənzimlənməyən mallar üzrə də süni qiymət artımına yol verilməməsi üçün mütəmadi monitorinqlər aparılır. Əgər qarşıdakı dövrdə qiymətlərdə dəyişiklik baş verərsə, bunun səbəbləri araşdırılacaq".

Qeyd edək ki, mətbuatda iyulun 30-dan etibarən çörəyin qiymətində 10 qəpik artım olunması ilə bağlı qərar qəbul edildiyinə dair məlumatlar yayılıb. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörəyin 40 qəpiyə, 40 qəpik olan çörəyin isə 50 qəpiyə satılacağı deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi