azia.az
azia.az

Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər

10-07-2020, 13:35

Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər

Azia.Az xəbər verir ki, COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib.

Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşları, iş adamlarını prosesdə fəal iştirak etməyə səsləyən çağırışlar aktuallaşıb. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir. Sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər.

İqtisadçı ekspert Azər Mehdiyev bildirib ki, pandemiya şəraitində dünya yeni çağırışla üzləşib: “Bundan sonra dünyada belə halların təkrarlanmayacağına ümid yoxdur. Artıq bu cür hadisələr milli təhlükəsizlik məsələsinə çevrilir. Bundan sonra dövlətlərin hazırlamalı olduqları strategiyalardan və hər zaman əl altında olmalı sənədlərdən biri virusun yayılması dönəmlərində fəaliyyətin necə təşkili məsələsi olacaq. Biznesin, xüsusilə kütləvi xidmət sahəsinə aid bizneslərin buna hazırlaşması və müəyyən edilmiş qaydalara əməl etmələri biznesin ayrılmaz hissəsi kimi meydana çıxacaq. Bununla yanaşı, sırf indiki dönəmlə qapalı biznes obyektlərində, xüsusilə bütün səviyyələrdə marketlərdə karantin tələblərinin gözlənilməsi virusun yayılma sürətinin azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Marketlərin əksəriyyətində hələ də bu məsələyə gözdən pərdə asmaq yanaşması hiss olunur. Bu, ciddi təhlükə mənbəyidir. Karantin tələblərinə uyğun qaydaların müəyyən edilməsi və bunlara riayət edilməsi indiki halda biznesin bütün sahələrində, xüsusilə marketlərdə həyat əhəmiyyətli məsələ kimi gündəmdə durur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi