azia.az
azia.az

"İntriqaların başında dural Alı Alıyevdir"

14-10-2019, 11:47

"İntriqaların başında dural Alı Alıyevdir"
"İntriqaların başında dural Alı Alıyevdir" Cümşüd Məmmədov
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev karyerasının son anlarını yaşaya bilər. Bununla bağlı eksklüziv olaraq aktualxeber.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, rayonda bir təyinatla bağlı onun əleyhinə etiraz aksiyasının keçirilməsi icra başçısının “yuxarılar” qarşısındakı etimadını sıfıra endirib. Etirazlara səbəb isə icra başçısının birinci müavini Bağır Aslanovun əli ilə aldığı külli miqdarda rüşvət müqabilində reallaşdırdığı bir təyinatdır. Belə ki, Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədovun hədə-qorxu yolu ilə zorla ərizəsi alınaraq işdən kənarlaşdırıldığı bildirilir. Onun yerinə isə Alı Alıyev Füzuli rayon səhiyyəsini bərbad etmiş baş həkim Natiq Şükürovun qardaşı oğlu olan Şaiq Şükürovu qanunsuz olaraq təyin etdirmişdir. C. Məmmədov bu qanunsuz təyinata tabe olmayaraq hələ ki, möhürü təhvil verməyib məhkəməyə müraciət etmişdir. Yeni təyinatdan narazı olan səhiyyə işçiləri dünən aksiya da keçiriblər. Eksklüziv görüntüləri sizlərə təqdim edirik.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi