azia.az
azia.az

Toyuqlar tətilə başladı-Yumurtlamaq istəmir

2-11-2018, 08:57

Respublika Quşçular Cəmiyyətinin sədrinin sözlərinə görə, Azərbaycanda yumurta istehsalı nəyinki tələbatı ödəməyə, hətta bu məhsulu qonşu ölkələrə ixrac etməyə imkan verir.

Azərbaycanda yenidən yumurta qıtlığı yaranıb. Sputnik Azərbaycan-ın redaksiyasına oxuculardan bir sıra super market və mağazalarda yumurtanın olmaması və bu məhsulunun qiymətinin artmasına dair zənglər daxil olub. Bəs qıtlıq niyə yaranıb?

"Azərbaycanda yumurta defisiti yoxdur və yerli istehsal bu məhsula olan tələbatı tam həcmdə ödəyir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib. Vəliyevin sözlərinə görə, qida məhsullarının qəbulu bazası olan bəzi böyük supermarketlərin özlərinin mağaza şəbəkəsi var. Artıq quşçuluqla məşğul olan şəxslər öz məhsullarını hər mağazaya gətirmirlər: "Onlar məhsullarını belə bazalara təhvil verirlər. Məhsulun necə paylanmasına görə isə istehsalçı məsuliyyət daşımır. Lakin vurğulamaq istəyirəm ki, hər gün normaya uyğun olaraq yumurta bu obyektlərə təhvil verilir".

Cəmiyyətin sədri vurğulayıb ki, hazırda ölkədə yumurtaya tələbat bir qədər artıb. Ancaq Azərbaycanda yumurta istehsalı nəyinki daxili tələbatı ödəməyə, həmçinin bu məhsulu xarici ölkələrə ixrac etməyə imkan verir: "Adətən Azərbaycan Əfqanıstan, İraq, Qatar və digər ölkələrə ixrac edir".

Məhsulun qiymətinə gəldiksə isə Vəliyev vurğulayıb ki, son 3-4 aylıq dövrdə yumurtanın qiyməti sabit olaraq qalır və istehsalçı tərəfindən 13-15 qəpiyə mağazalara təhvil verilir: "Bizim tərəfimizdən də ticarət obyektlərində hər gün monitorinq keçirilir. Mağazalarda bir yumurta üçün maksimal qiymət 17 qəpikdir. Bəzi mağazalarda yumurta 18 qəpiyə satılır. Çünki bu halda yumurtalar 10 ədədlik qutularda satılır və qutuya çəkilən xərcdə məhsulun üzərinə qoyulur".

Statistika üzrə Dövlət Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda 1 milyard 714 milyon yumurta istehsal olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi