Üzü xarici dildə, içi Azərbaycan məhsulu
Üzü xarici dildə, içi Azərbaycan istehsalıdır...
Marketlərdə vitrinlərə qoyulmuş bir çox ərzaq məhsullarının üzərində əsasən rus markalarının adları qeyd olunsa da, etiketin hansısa küncündə kiçik hərflərlə yazılmış yazılardan məhsulun yerli olduğu anlaşılır.
Mağazalarda daha çox Azərbaycan istehsalı olan dondurmaları, kolbasa və sosiska məhsulları, hətta üzərində rus dilində "Squşennoe moloko" yazılmış, əslində isə Kürdəmirdə istehsal olunan qatılaşdırılmış süd, o cümlədən digər içki və şirniyyatları görmək mümkündür.
Yerli məhsulu xarici kimi göstərmək, xüsusilə də qiymətləri daha yüksəltmək üçün edilir. Mütəxəssislər bildirir ki, məhsulların bu şəkildə aldadılaraq istehlakçiya təqdim olunması birbaşa hüquq pozuntusudur.
Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, aldanmamaq üçün bir sıra nüanslara fikir vermək lazımdır.
Məhsulların bu şəkildə satışa çıxarılmasında rəsmi distribüter olan şirkətlərin də üzərinə böyük yük düşür. (xəzərxəbər)