azia.az
azia.az

KUBOKLAR QOŞA-QOŞA, NAHİD, TURAN, 100 YAŞA!

31-05-2019, 15:19

KUBOKLAR QOŞA-QOŞA,  NAHİD, TURAN, 100 YAŞA!
KUBOKLAR QOŞA-QOŞA,

NAHİD, TURAN, 100 YAŞA!

Son illər respublikamızda idmana göstərilən diqqət və qayğı, demək olar ki, idmanın bütün növlərində idmançılarımızın daha yüksək nailliyyətlər əldə etmələri və Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində vüqarla dalğalandırmaları ilə yaddaşlara həkk olunur.

Haqqında söhbət açacağımız idmançılar artıq ictimaiyyətin diqqətini cəlb etmiş Nahid və Turan Ramazanzadə qardaşlarıdır. Nizami rayonu 214 saylı orta məktəbin şagirdləri olan bu qardaşlar kiçik yaşlarından idmanın Kyokşinkay Karate növü ilə məşğul olmaları ilə az müddətdə böyük uğurlara imza atmışlar. Xatırladaq ki, Nahid 7-ci, Turan isə 4-cü sinif şagirdidir.
KUBOKLAR QOŞA-QOŞA,  NAHİD, TURAN, 100 YAŞA!
Qardaşlar Azərbaycan Kyokşinkay Karate Federasiyasının texniki direktoru, V dan qara kəmər sahibi Kərim Mahmudovun məşqçiliyi ilə “Sədərək” idman klubunda karatenin sirlərinə yiyələnərək layiqli yerlər tutmuşlar.

Maraqlıdır ki, dünya idman tarixində ilk dəfədir ki, bütün keçirdikləri döyüşlərdə hər iki qardaş öz çəki dərəcələrində eyni zamanda fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmiş, kuboklara sahib olmuşlar.

Nahid və Turan Ramazanzadə qardaşları hər biri 7 kubok qazanmaqla artıq 14 kubok əldə etmişlər.

2017-ci ilin iyul ayında İran İslam Respublikasında keçirilmiş Asiya çempionatında, həmin ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında 3 döyüş növündə ayrı-ayrılıqda hər biri 3 kuboka sahib olmuşlar.

2018-ci ilin fevral ayında İran İslam Respublikasında 16 dövlətin iştirakı ilə keçirilən Beynəlxalq olimpiadada və həmin ilin oktyabr ayındakı Avropa çempionatında da qardaşlar ənənələrinə sadiq qalaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək kuboklara sahib olmuşlar.

Və nəhayət, 4-5 may 2019-cu ildə Beynəlxalq Kyokşinkay Karate və Cıyutaido Federasiyası tərəfindən 16 dövlətin iştirakı ilə keçirilən Dünya Kubokunda Nahid (55 kq+) və Turan (49 kq) qardaşları hərəyə 3 döyüş keçirərək Dünya kubokuna sahib olmuşlar. Hər iki qardaş finalda Rusiya Federasiyasından olan idmançılarla qarşılaşmışdır və hər ikisi də öz çəki dərəcələrində Azərbaycan bayrağının dalğalanmasına nail olaraq kubok qazanmışlar.

Qələbə bayrağın tutdular uca
Ümid var inamlı şəfəqlər saça
Rəqiblər yenilib önündən qaça
Nahidin güvənci dəmir biləkdi.
KUBOKLAR QOŞA-QOŞA,  NAHİD, TURAN, 100 YAŞA!
Qəti qələbəylə çıxır meydana
İdmanda bərabər yoxdu Turana
Şərəf gətirdilər Azərbaycana Vətən,
uğurların çox mübarəkdi.

Neçə yol zirvəyə ucaldı bayraq
İdman sabahına sönməyir maraq
Şətin döyüşlərdən çıxıb üzü ağ
Tovuz oğulları oddu, şimşəkdi.
KUBOKLAR QOŞA-QOŞA,  NAHİD, TURAN, 100 YAŞA!
Rəqibi titrədir qartal baxışı
Meydana yayılır heyrət alqışı
Sizə tanıtdırım iki qardaşı
Nahidim aslandı, Turan pələngdi

Aydın Adıgözəlli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi