azia.az
azia.az

Çempion qardaşlar

14-09-2018, 13:19

Çempion  qardaşlar




Son illər respublikamızda idman sahəsinə göstərilən diqqət və qayğı ,demək olar ki, idmanın bütün növlərində idmançılarımızın daha yüksək nailiyyətlər əldə etmələri və Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində vüqarla dalğalandırmaları ilə yaddaşlara həkk olunur.
Bu gün haqqında söhbət açacağımız idmançılar Nahid və Turan Ramazanzadə qardaşlarıdır. Nizami rayonu 214 saylı orta məktəbin şagirdləri olan bu qardaşlar kiçik yaşlarından idmanın Kyokşinkay Karate növü ilə məşğul olmaları ilə az müddətdə böyük uğurlar qazanmışlar. Xatırladaq ki, Nahid 6-cı, Turan isə 3-cü sinifdə oxuyur.
Bu azyaşlı, balaca qardaşlar Azərbaycan Kyokşinkay Karate Federasiyasının texniki direktoru, V dan qara kəmər sahibi Kərim Mahmudovun məşqçiliyi ilə “Sədərək” idman klubunda karatenin sirlərinə yiyələnərək az müddətdə iştirak etdikləri ölkə, paytaxt və beynəlxalq yarışlarda yüksək, peşəkar fəaliyyət göstərərək layiqli yerlər tutmuşlar.
Dəfələrlə Bakı Çempionu, Respublika Çempionu adlarını qazanmış bu qardaşlar 2017-ci ilin iyul ayında İran İslam Respublikasında keçirilmiş Asiya Çempionatında və həmin ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Çempionatında iştirak edərək, hər ikisi öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medala layiq görülmüşlər.
Ramazanzadə qardaşları durmadan, yorulmaq bilmədən məşqlərə davam edərək öz uğurlarının saylarını artırırlar. Belə ki, 14,15 fevral 2018-ci ildə İran İslam Respublikasında 16 dövlətin iştirakı ilə keçirilən Beynəlxalq Olimpiadada hər iki qardaş ən yüksək nəticəyə nail olaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişlər. Bundan sonra 15 aprel 2018-ci ildə Bərdədə keçirilən Respublika Kuboku uğrunda yarışlardan çempion qardaşlar ənənələrinə sadiq qalaraq hər biri öz çəkilərində doğma Sədərək İdman klubuna Respublika kubokunun sahibi kimi qayıtmışlar.
Məşqçi Kərim Mahmudov Ramazanzadə qardaşları haqqında böyük bir fəxrlə danışaraq gələcəkdə onlardan daha böyük uğurlar gözlədiyini vurğuladı.

Qardaşların bu uğurları Dövlət qayğısından da kənarda qalmamışdır. Belə ki, 2016-cı ildə hər iki qardaş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İdman ustalığına namizəd” və 2016-cı ilin yekunlarına görə “İlin ən yaxşı döyüşçüsü” fəxri adlarına layiq görülmüşdür.
Hazırda balaca çempionlarımızı qarşıda böyük sınaq gözləyir, belə ki, 2018-ci ilin oktyabrında Kosovada keçiriləcək Avropa Çempionatına vəsiqə qazanmış Ramazanzadə qardaşları səylə məşqlərini davam etdirirlər. Biz də öz növbəmizdə balaca qəhrəmanlarımıza həm təhsildə, həm də idmanda nailiyyətlər arzulayırıq və ümid edirik ki, Kosovadan da doğma vətənə Avropa çempionu kimi dönəcəklər.
Bunu Mahir kişi anladı erkən:
Vətənə qeyrətli oğul gərəkdi.
Nahidin, Turanın sinəsindəki
El üçün çırpınan cəsur ürəkdi.

İgid oğlanların mayası halal
Mərdanə arzular qalmadı xəyal
Vəhdətdə zəfərdi güc ilə kamal
Əxlaqın təməli duzdu, çörəkdi.

Qələbə bayrağın tutdular uca
Ümid var inamlı şəfəqlər saça
Rəqiblər yenilib önündən qaça
Nahidin güvənci dəmir biləkdi.

Qəti qələbəylə çıxır meydana
İdmanda bərabər yoxdu Turana
Şərəf gətirdilər Azərbaycana
Vətən, uğurların çox mübarəkdi.

Neçə yol zirvəyə ucaldı bayraq
İdman sabahına sönməyir maraq
Çətin döyüşlərdən çıxıb üzü ağ
Tovuz oğulları oddu, şimşəkdi.

Rəqibi titrədir qartal baxışı
Meydana yayılır heyrət alqışı
Sizə tanıtdırım iki qardaşı
Nahidim aslandı, Turan pələngdi.

Bəydadaş Cəfərli



Çempion  qardaşlar
Çempion  qardaşlar
Çempion  qardaşlar
Çempion  qardaşlar
Çempion  qardaşlar
Çempion  qardaşlar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi