Cüdoçumuz ermənini məğlub edib Avropa çempionu oldu
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun samboçusu Amil Qasımov Avropa çempionu olub. Apasport.az saytının məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən yarışın ikinci günündə döşək üzərinə çıxan idmançımız 74 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.
Bütün rəqiblərini üstələyərək qızıl medala sahib olan Qasımov finalda erməni əsilli Ukrayna təmsilçi Artur Sarkisyanı məğlub edib. Həlledici görüşdə 9:0 hesabı ilə qalib gələn samboçumuz 2-ci dəfə Avropa çempionu adına layiq görülüb.