azia.az
azia.az

“Formula 1” yarışlarında jurnalistlərə nələr qadağan olundu - VİDEOREPORTAJ

18-06-2017, 13:53

<!--MBegin:http://azia.az/uploads/posts/2017-06/1497783335_97d70ac4-e88b-406a-a01b-de65508237b4.jpg|-->“Formula 1” yarışlarında jurnalistlərə nələr qadağan olundu - VİDEOREPORTAJ<!--MEnd-->


23-25 iyun tarixlərində ölkəmizdə keçiriləcək növbəti “Formula 1” yarışlarının hazırlıq işləri artıq yekunlaşıb. Bununla yanaşı təşkilati işlər də yekunlaşmaq üzrədir.

“Formula 1” yarışlarının dünyada və ölkə ərazisində işıqlandırmaq üçün yerli mətbuatın işi xüsusilə önəm daşıyır. Bu səbəbdən də mətbuat xidmətinin əməkdaşları Hilton oteldə jurnalistlərlə görüş keçiriblər. İki saata yaxın davam edən təlimdə jurnalistlərə “Formula 1” yarışları barəsində lazımı informasiyalar verilib.

Yarışların çəkilişi üçün KİV nümayəndələri bölmələrə ayrılıb. Televiziya işçiləri, operatorlar, fotoqraflar, müxbirlər ayrı-ayrı məkanlarda çəkiliş aparacaqlar. Yarış iştirakçılarından müsahibə almaq üçün xüsusi məkanlar yaradılacaq. Müsahibə almaq istəyən televiziya nümayəndəsi “Formula 1” bələdçisinə yaxınlaşacaq, yarış iştirakçısının nümayəndəsinə məlumat veriləndən sonra iştirakçı ilə müsahibə baş tutacaq.

Fotoqraflar üçün xüsusi marşrut xətti olacaq ki, “Formula 1” əməkdaşları tərəfindən zamanlama ilə məkanlara aparılacaq. Həmin məkanlar tribunalara yaxın yerlərdə, yarış zolaqlarına yaxın binalarda olacaq. Fotoqraflar üçün burada əlverişli şərait yaradılacaq və maraqlı görüntülər əldə etmələri təmin edilcək.

Burada maksimum 3 nəfər fotoqraf işləyə biləcək. KİV nümayəndələri avtomobillərini onlara ayrılacaq olan xüsusi dayanacaqlarda park edəcəklər. Bunun üçün akkreditasiya zamanı avtomobili də qeydiyyatdan keçirmək şərtdir.

Yarışın qaydaları arasında bir neçə qadağa da mövcuddur. Yarışlarda video çəkilişi üçün yalnız qeydiyyatdan keçən televiziyalara icazə veriləcək.

Fotoqraflar və digər mətbuat nümayəndələrinə video çəkiliş birmənalı şəkildə qadağan edilir. Əgər hansısa KİV orqanında, saytında istər tribunalardan , istərsə də yarış zolağından videogörüntü paylaşılsa “Formula 1” tərəfindən xəbərdarlıqlar ediləcək. Hətta həmin qurum növbəti yarışlarda akkreditasiyadan keçirilməyə də bilər.

Qeyd edək ki, “Formula 1” yarışlarında ümumilikdə 100-dən çox mətbuat nümayəndəsinin iştirakı gözlənilir. Bu gün keçirilən tədbirdə ölkədə fəaliyyət göstərən KİV nümayəndələrinin akkreditasiya məsələsi barədə də danışıldı. Bildirildi ki, saytlardan 10-u artıq akkreditasiyadan keçib. Digər sayt və qəzetlərin, ümumilikdə 15 mətbuat orqanının akkreditasiyası ilə bağlı işlər gedir.


Musavat.com




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi