azia.az
azia.az

Ronaldu qəbul etdiyi ən yaxşı qərarı açıqlayıb

13-09-2021, 08:55


İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu bildirib ki, "qırmızı şeytanlar"a qayıdış onun qəbul etdiyi ən yaxşı qərar olub.
Ronaldu qəbul etdiyi ən yaxşı qərarı açıqlayıb
“Report” xəbər verir ki, bu barədə hücumçu “Telefoot”a müsahibəsində bildirib.

"Mançester Yunayted"ə qayıdış qəbul etdiyim ən yaxşı qərardır. Bu, münasib vaxtda edilmişdi. Mən tarixə düşmək, "Mançester Yunayted"də əla nəticələrə nail olmağa və mükafatlar qazanmağa kömək etmək istəyirəm", - Ronaldu müsahibəsində deyib.

Xatırladaq ki, Ronaldu artıq 2003-cü ildən 2009-cu ilə qədər "Mançester Yunayted"də çıxış edib. O, bu komandaya karyerasına başladığı Portuqaliyanın "Sportinq" komandasından keçib. Ronaldu 2009-cu ildən 2018-ci ilə qədər İspaniyanın “Real Madrid" komandasında çıxış edib.

Hücumçu "Yuventus"da 2018-ci ildən çıxış edirdi. Otuz altı yaşlı portuqaliyalı ötən mövsümdə 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi