azia.az
azia.az

Bakıda keçiriləcək Avropa çempionatına titullu komandalar qatılacaq - ADLAR

5-02-2020, 03:39


10-20 sentyabr tarixlərində Bakıda keçiriləcək polo üzrə XIII Avropa çempionatında iştirak edəcək komandalar artıq bəlli olub.
Bakıda keçiriləcək Avropa çempionatına titullu komandalar qatılacaq - ADLAR
Oxu.Az xəbər verir ki, həmin komandalar reytinq xallarına əsasən müəyyənləşib.

Meydan sahibi Azərbaycan və sonuncu Avropa çempionatının qalibi İtaliyanın avtomatik olaraq iştirakları təmin olunmuşdu. Digər iştirakçı altı komanda isə bunlardır: Fransa, İngiltərə, İspaniya, İsveçrə, Niderland və Avstriya.

Bu millilərdən İngiltərə altıqat, Fransa və İtaliya ikiqat Avropa çempionlarıdır. İspaniya yığması isə bir dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksələ bilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın tərkibi də müəyyən edilib. Heyət Argentinada keçirilmiş ilk təlim-məşq toplanışından ötən ay geri qayıdıb. Növbəti təlim-məşq toplanışı mart ayında yenidən Argentinada olacaq. Hazırlıq müddəti üç ay olacaq.

Bundan başqa, XIII Avropa çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkəzinin ərazisində hazırda ümumi sahəsi yeddi hektardan artıq olan, futbol meydançası böyüklüyündə səkkiz tam ölçülü polo meydançasının inşasına başlanılıb.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında İtaliyanın Florensiya şəhərində keçirilən sonuncu Avropa çempionatında millimiz bütün rəqiblərini geridə qoyaraq yalnız finalda meydan sahiblərinə məğlub olmaqla, turnirin gümüş medallarını qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi