azia.az
azia.az

Rüstəm Orucov yarımfinalda Hidayət Heydərovu məğlub edib- YENİLƏNİB

28-08-2019, 00:15

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında finala yüskəlib.

“Report”un məlumatına görə, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda millinin digər üzvü Hidayət Heydərovu üstələyib.
Rüstəm Orucov yarımfinalda Hidayət Heydərovu məğlub edib- YENİLƏNİB
Qeyd edək ki, Orucov finalda yaponiyalı Ono Syoxey ilə qarşılaşacaq. Heydərov isə bürünc medal görüşündə tacikstanlı Somon Mahmadbekovla üz-üzə gələcək.

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.

Orucovla Heydərov yarımfinalda bir-birinə rəqib olublar. Bu isə o deməkdir ki, Azərbaycan yığması dünya çempionatında ilk medalını təmin edib.

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, üçüncü yarış günündə 73 kq çəkidə çıxış edən idmançı buna ardıcıllıqla Vadzim Şoka (Belarus), Georgios Markariyan (Yunanıstan) və Konstantin Qabunu (Kanada) məğlub etməklə nail olub. O, yarımfinala vəsiqə uğrunda Tohar Butbulla (İsrail) qarşılaşacaq.

Eyni çəkidə yarışan Hidayət Heydərov isə 1/4 finalın bir addımlığındadır. Friqyes Zabo (Macarıstan) və Musa Moquşkovdan (Rusiya) güclü olan yığma üzvü 1/8 finalda Erik Hamla (Böyük Britaniya) qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan millinin digər üzvü - 57 kq çəkidə çıxış edən İçinxorloo Munxtsedev ilk görüşdə Miryam Roperə (Panama) uduzub.

Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi