azia.az
azia.az

“Minsk 2019”: Azərbaycanın 3 qadın güləşçisi yarımfinala vəsiqə qazandı

27-06-2019, 15:47


Azərbaycan güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.
“Minsk 2019”: Azərbaycanın 3 qadın güləşçisi yarımfinala vəsiqə qazandı
Azia.az bildirir ki, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı polşalı Anna Lukasiakdan güclü olub - 10:0.

O, rəqibini 52 saniyəyə məğlub edib.

Stadnik yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq.

Ondan sonra Azərbaycanın daha iki güləşçisi də “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Bunlar Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyevadır (76 kq).

Bu gün, həmçinin iki çəki dərəcəsində kişi güləşçilərimiz qızıl medal uğrunda mübarizə aparacaqlar. Hacı Əliyev (65 kq) finalda gürcü Vladimir Xinçeqaşvili, Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Albdurəşid Sadullayev ilə qarşılaşacaqlar. H.Əliyev Bakı vaxtı ilə saat 19:50-də, N.Hacıyev isə saat 20:40-da xalça üzərinə çıxacaqlar.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 1 qızıl, 4 gümüş və 9 bürünc medal var.

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Virtualaz.org-un məlumatına görə, Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq.

Həmçinin, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar. 65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev Bakı vaxtı ilə saat 19:50 radələrində Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq. Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə üz-üzə gələcək. Bu mübarizənin saat 20:40 radələrində olacağı bildirilir.

Bu gün Azərbaycan idmançıları stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan II Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada yer alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi