azia.az
azia.az

"Şərq Bazarı" yaxınlığlnda iki uşaq anası faciəvi şəkildə öldü

21-09-2018, 16:42

 "Şərq Bazarı" yaxınlığlnda iki uşaq anası faciəvi şəkildə öldü

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azia.az- report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Şərq Bazarı" adlanan ərazinin yaxınlığında baş verib.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Aynaxanım İsabala qızı Rəhimovanı yolu keçərəkən avtomobil vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə qadın uşaqlarını məktəbə aparıb qoyduqdan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi