azia.az
azia.az

Azərbaycanda faciəvi hadisə

22-03-2017, 16:06

Azərbaycanda faciəvi hadisə


Qatarın altında qalaraq öldü


Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb. "Report"un Şimal bürosu xəbər verir ki, gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci km-də - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub.

Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Hazırda Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər.

***

Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görəhəkim müayinəsindən keçən qatar maşinisti və köməkçisi sərxoş olmayıb: “Maşinist və köməkçidə sərxoşluq halı aşkarlanmayıb. Ekspertiza həyatını itirən Bəxtiyar Alışovun faciə anında sərxoş olduğunu üzə çıxarıb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi