azia.az
azia.az

Rusiyada azərbaycanlı öz maşınında güllələndi

4-02-2016, 18:33

Rusiyada azərbaycanlı öz maşınında güllələndi Cinayətin kim tərəfindən törədildiyi bəlli deyil.

Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonunda azərbaycanlı öz "Mersedes" markalı maşınında güllələnib.
Hadisə Yam-İjora qəsəbəsində, Lenin küçəsində yerləşən bir evin qarşısında baş verib. İnsidentin gecə saatlarında qeydə alındığı vurğulanır. Həmin ünvanda Qafqaz mətbəxinə məxsus bir kafenin də olduğu deyilir.
Rusiya Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin kafenin qarşısına "Chevrolet Lacetti" markalı maşın gəlib, onun içərisində olan insanlar qarşı tərəfdə maşınını park etmək istəyən "Mercedes-Benz Gelandewagen" markalı maşının sürücüsünə atəş açıblar. Salonda olan 42 yaşlı E.Heydərov aldığı 6 güllə yarasından yerindəcə keçinib.
Məlumata görə, Heydərov burada meyvə-tərəvəz alveri ilə məşğul olub. O, meyvə tərəvəzi Cənubi Qafqazdan gətirirdi.Hadisəni törədənlər dərhal hadisə yerindən qaçaraq gizləniblər. Hazırda faktla bağlı Rusiya cinayət məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açılıb.
İstintaq komitəsindən verilən məlumata görə, ölən şəxs özü də əvvəllər məhkum olunub. Azərbaycanlının Rusiyada güllələnməsi faktı ötən ilin dekabr ayında da qeydə alınıb. Rusiyanın Voronej şəhərində Azərbaycandan olan kriminal avtoriteti gülləyiblər. Hadisə Voronejdə yerləşən kafelərdən birində baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, avtoritet həmin kafedə 32 yaşlı həmyerlisi - Xanlar tərəfindən açılan güllə nəticəsində öldürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi