azia.az
azia.az

Bakıda yol polislərini xəstəxanalıq edən ata-oğul danışdı

25-02-2016, 10:52

Bakıda yol polislərini xəstəxanalıq edən ata-oğul danışdı "Qorxduq ki, maşını cərimə meydanşasına apararlar"
Fevralın 24-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonunda yol polislərinin döyülməsi olayı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Mərdəkan qəsəbəsi ərazisində Rakif Abdullayevin idarə etdiyi və işıqforun qırmızı işığında keçən “VAZ 2107” markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilin sənədləri olmayıb. Bu səbəbdən də R.Abdullayev yol polisinin “saxla” əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra o, avtomobilini yüksək sürətlə idarə etdirməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar massivinə gəlib. Burada qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayevlə birgə avtomobildən düşən şəxslər onları təqib edən yol polislərinə hücum ediblər.
Hadisə vaxtı yol polisi əməkdaşı Vüqar Abbasov qapalı kəllə beyin travması, beyin silkələnməsi, üz və burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi xəsarətləri alıb. Digər polis əməkdaşı Ceyhun Ağayevə isə başın və sifətin küt travması diaqnozu qoyulub.
Daha sonra tutularaq polis idarəsinə gətirilən ata və iki oğlu yol polislərinə hansı səbəbdən hücum etdiklərini əsaslandıra bilməyib. Onlar yol polisinin “saxla” əmrinə tabe olmamalarını isə “qorxmaları” ilə əlaqələndiriblər və bildiriblər ki, avtomobilin sənədləri olmadığından onun cərimə meydançasına aparılacağını düşünüblər.
Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilən yol polisi əməkdaşı Vüqar Abbasovun həyatı üçün hər hansı təhlükə yoxdur və vəziyyəti qənaətbəxşdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi