azia.az
azia.az

Paytaxtda vurulan piyadanın ayaqları amputasiya edildi

29-04-2017, 10:08

Paytaxtda vurulan piyadanın ayaqları amputasiya edildi

Tərlan Dadaşovu Sabunçu rayonu ərazisində avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

azia.az "Report"- a istinadən xəbər xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi