azia.az
azia.az

Şəmkirdə iki avtomobil toqquşdu: yaralı var

21-03-2017, 21:44

Şəmkirdə iki avtomobil toqquşdu: yaralı var


Bu gün Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

azia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

"VAZ21015" və "VAZ2108" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Dəllər qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elməddin Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi