azia.az
azia.az

TƏCİLİ! Bakıda məşhur bazar külə döndü - FOTO, VİDEO (YENİLƏNİB II)

4-04-2017, 10:12

TƏCİLİ! Bakıda məşhur bazar külə döndü - FOTO, VİDEO (YENİLƏNİB II)


Birmərtəbəli mağazalar yanıb

Fövqəladə hallar Nazirliyi bazarda baş verən yanğın haqqında məlumat yayaıb. Nazirliyin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Saat 01:51

Bakıda "Təzə bazar"da baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tam olaraq söndürülüb.

Ssaat 01:33

Fövqəladə Hallar Nazirliyi (FHN) “Təzə Bazar”-da baş vermiş yanğınla bağlı məlumat yayıb İstiPress-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Saat 01:08

Bakıda "Təzə bazar"da yanğın hadisəsi baş verib. İstiPress-in məlumatına görə, hadisə yerinə yanğınsöndürən maşınları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi