azia.az
azia.az

Qardaşını öldürüb, qollarını, ayaqlarını kəsib basdıran qıza cəza tələb edildi - MƏHKƏMƏDƏN

18-02-2016, 11:43

Qardaşını öldürüb, qollarını, ayaqlarını kəsib basdıran qıza cəza tələb edildi - MƏHKƏMƏDƏN Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi məhkəmə prosesi davam edib.
Hakim Ramella Allahverideyavının sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, məhkəmədən Alyona Baxışovanın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi fevralın 25-də davam edəcək.
Qeyd edək ki, qətl keçən il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İttiham görə, A. Baxışova qardaşı Baxışı balta ilə vuraraq öldürüb. Daha sonra onun qollarını, ayaqlarını kəsərək meyiti həyətdə basdırıb. Bir müddət sonra meyitin aşkar ediləcəyindən qorxaraq meyiti həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb. Baxış Baxışovun meyiti bir müddət sonra qardaşı tərəfindən aşkar edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi