azia.az
azia.az

Azərbaycandan Türkiyəyə 33 kq-dan artıq qızıl keçirən zərgərlər tutuldu

16-02-2016, 12:05

Azərbaycandan Türkiyəyə 33 kq-dan artıq qızıl keçirən zərgərlər tutuldu Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycandan bu ölkənin ərazisinə qaçaqmalçılıq yolu ilə 33 kiloqramdan artıq çəkisi olan xalis qızıl külçələrin keçirilməsinin qarşısını alıb.
Keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşlarının avtomobilindən 33 kiloqram 576 qram çəkidə 39 ədəd qızıl külçə ələ keçirilib.
Adları açıqlanmayan 30 və 32 yaşlı Azərbaycan vətəndaşları istintaqa cəlb olunublar. Dindirilmə zamanı onlar bildiriblər ki, Azərbaycanda zərgərliklə məşğul olublar. Qızılın Türkiyəyə gətirilməsinə gəlincə, onların sözlərinə görə, qonşu ölkədə qızılın qiymətinin yüksək olması onları bu addımı atmağa sövq edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi