azia.az
azia.az

Vergilər Nazirliyində yeni idarə yaradıldı

23-02-2016, 07:25

Vergilər Nazirliyində yeni idarə yaradıldı Vergilər Nazirliyində Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb.

Gün.Az trend-ə istinadən xəbər verir ki, İlkin Vəliyev idarəyə rəhbər təyin edilib.
İ.Vəliyev daha əvvəl İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsini tutub. Hazırda bu vəzifə vakant qalır.
Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi də dəyişdirilib. İdarəyə Orxan Musayev rəhbər təyin edilib. O.Musayev bu struktur bölməsində rəis müavini işləyib. Bu idarənin əvvəlki rəhbəri Ələkbər Məmmədov hazırda Vergilər Nazirliyinin Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviridir.
Struktur dəyişiklikləri çərçivəsində İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, eləcə də Vergi auditi və operativ nəzarət baş idarəsi indi idarələrə çevriliblər. Vergi auditi və operativ nəzarət idarəsinin rəisi əvvəlki kimi Toğrul Quliyevdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi