azia.az
azia.az

Poroşenko Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı

31-03-2016, 09:55

Poroşenko Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı Rusiyaya qarşı sanksiyaları sərtləşdirilməlidir.
Bunu Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtonda çıxış edərkən bəyan edib.
Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü bərpa edilməyincə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.
“Silahlı münaqişə nəticəsində Donetsk və Luqansk vilayətlərində 2014-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələrinin 2 700 hərbi qulluqçusu daxil olmaqla, 10 min insan həlak olub. İki milyonadək insan ölkənin digər bölgələrinə üz tutmağa məcbur olub. Ukrayna ərazisinin 7% işğal altındadır, ölkə iqtisadiyyatının 20%-i dağılıb”, deyə P.Poroşenko bildirib.
O həmçinin Qərbi Ukraynaya hərbi yardım göstərməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi