azia.az
azia.az

Janna Darkın gümüş üzüyü 420 min dollara satılıb

28-02-2016, 15:01

Janna Darkın gümüş üzüyü 420 min dollara satılıb Fransanın milli qəhrəmanı Janna Darkın gümüş üzüyü Londonda keçirilən “TimeLine Auctions” hərracında rekord qiymətə - 297,6 min funt sterlinqə (420 min dollar) satılıb.

Bu barədə hərracı təşkil edən kompaniyanın baş meneceri Kris Ren məlumat verib.
azia.az Gün.Az-a istinad xəbər verir ki, həm telefon və internet, həm də birbaşa hərrac zalında onlarla kolleksiyaçı tarixi hadisələr nəticəsində ingilis kralı VII Henrixin (1457-1509) əlinə keçən və satış tavanı 21 min dollar məbləğində qiymətləndirilən XV əsrin zinət əşyasına sahib olmaq uğrunda mübarizə aparıb. Son mərhələdə iki kolleksiyaçının bəhsləşməsi nəticəsində təklif olunan məbləğlər lotun real qiymətini on dəfələrlə üstələyib.
Xatırladaq ki, Yüzillik müharibədə fransız qoşunlarının birinə başçılıq edən Janna Dark burqundiyalılara əsir düşüb və sonradan ingilislərə təhvil verilib. Cadugərlikdə ittiham edilən qadın sərkərdə 1431-ci ildə tonqalda yandırılıb. Sonradan isə reabilitasiya olunaraq müqəddəslər sırasına salınıb.

azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi