azia.az
azia.az

Dəmir boru gənc qızın boğazından girib arxadan çıxdı - VİDEO

9-05-2017, 11:53

Dəmir boru gənc qızın boğazından girib arxadan çıxdı - VİDEO

Dəhşətli qəzaya düşən qız reanimasiyaya çatdırılıb

Türkiyədə dəhşətli yol qəzası baş verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, tükürpədici hadisə Qaziantepdə olub.

Avtomobilin sürücüsü idarəetməni itirərək bir tikilinin önündəki 6 metrlik dəmirə çırpılıb. Çırpılmanın təsirindən 4 mm diametri olan dəmir boru maşının ön pəncərəsini qıraraq keçib. Dəmir boru ön oturacaqdakı sərnişin qızın boğazından girərək arxadan çıxıb. Dəmir 24 yaşlı Hande Karaoğlunun boğazından çıxdıqdan sonra arxa oturacağı da deşib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və xilasedicilər çağırıblar. Onlar dəmiri ön və arxadan kəsərək qızı boğazındakı dəmirlə birlikdə xəstəxanaya çatdırıblar.

Reanimasiyaya yerləşdirilən Hande Karaoğlunun həyati təhlükəsi var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi