azia.az
azia.az

Erməni hüquq müdafiəçisi: “Ermənistanda qanunlar işləmir”

22-12-2016, 15:33

Erməni hüquq müdafiəçisi: “Ermənistanda qanunlar işləmir”
“Qanun tətbiq edildiyi ölkədə yaxşı işləyir. Qanunun qəbulu təkcə şəxsi məqsəd üçün olmamalı və ya formal olaraq inkişaf etmiş Avropa ölkələrinə oxşamaq üçün qəbul edilməməlidir”

AzVision.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində “Veles” hüquq müdafiə təşkilatının sədri Marina Poqosyan Ermənistan parlamentinin qəbul etdiyi “Qanunsuz olaraq varlanmanın kriminallaşdırılması” haqqında qanun layihəsinə münasibət bildirərəkən deyib.

“Görəsən, bütün bu illər ərzində hər hansı bir vəzifəli şəxsin əməlinə görə məsuliyyətə cəlb edildiyini müşahidə etmişik? Ölkəmizdə ən pis halda məmur başqa işə təyin edilir və ya ehtiyata göndərilir”.

Onun sözlərinə görə, qanunun aliliyinin qorunduğu ölkələrdə qanunlar çox gözəl işləyir: “Ölkəmizdə vətəndaşları döymək və ya təzyiq göstərmək barədə qanun yoxdur. Lakin bu, hər hansı qanun olmadan da tətbiq edilir. Qanun Ermənistanda çox vaxt tətbiq olunmur”.

Marina Poqosyan bildirib ki, Ermənistanda qəbul edilən qərar dedi-qodu mənbəyi ola bilər: “Bu qanun formal olaraq qəbul olunub. Bu yaxınlarda bir hakim 1000 dollar məbləğində rüşvət alıb və onu tutublar. Görünür, ona görə ki, qiyməti aşağı salıb”.

Onun fikrincə, sözügedən qanun olmadan korrupsiyaya qarşı mübarizə aparmaq olar: “Rüşvətxorluq və korrupsiyaya görə cəzalandırılma mexanizmləri bizim qanunda nəzərdə tutulmayıb ki? Qanunun fəaliyyəti üçün iradə göstərmək lazımdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi