azia.az
azia.az

Erməni mətbuatı: “Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir“

23-11-2016, 15:03

Erməni mətbuatı: “Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir“
"Turizm sferasının stimullaşdırılması üçün rusiyalılara daxili pasportlarla Ermənistana girməyə icazə verəcək qərarın qəbul olunması planlaşdırılır”

Virtualaz.org bildirir ki, bunu Yerevanda çıxan "Aravot" qəzeti yazıb.

“Jamestown” fondunun icmalçısı, politoloq Armen Qriqoryan məsələ ilə bağlı bildirib: “Məqsəd doğrudan da turizmin inkişafı olsaydı, onda Avropaya həftədə iki dəfə ucuz aviareyslərin təşkili daha məqsədəuyğun olardı”.

“Bundan əlavə, turizmin inkişafı məqsədilə digər ölkələrin, xüsusilə Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının ölkəyə vizasız girişinə razılıq verilməlidir. Belə qənaətə gəlmək olar ki, Ermənistan hökuməti özünü sığortalamaq üçün ölkənin Rusiyanın quberniyasına çevrilməsi prosesini sürətləndirib”, - deyə nəşr vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi