azia.az
azia.az

Türkiyədə yeni terror gözlənilir - Analitik rəyi

4-11-2016, 13:05

Türkiyədə yeni terror gözlənilir - Analitik rəyi
“HDP öz fəaliyyətini PKK-nın siyasi qanadı olaraq qurdu və bunun da bir nəticəsi olmalı idi”

Bu sözləri Axar.az-a HDP lideri və 11 kürd deputatın həbsi barədə danışarkən analitik Vüqar Zifəroğlu deyib.

Analitik bildirib ki, həbslərin məhz Diyarəkirdə aparılan terror istintaqı çərcivəsində reallaşması HDP-nin hər zaman PKK və kürd bölücü qruplaşmalarının siyasi qanadı funksiyasını icra etdiyinin göstəricisidir:

“Həbslərin ən başlıca səbəbi HDP-çilərin Türkiyənin konstitusiyasına zidd fəaliyyətləri, eləcə də terror qruplaşmaları ilə əlaqələrinin olmasıdır. HDP-nin tutduğu istiqamət şübhəsiz ki, bu tip qərarların qəbul edilməsi üçün kifayət qədər ciddi əsaslar verib. HDP əslində PKK-nın siyasi qanadı olaraq öz fəaliyyətini qurdu və bunun da bir nəticəsi olmali idi”.

V.Zifəroğlu sözügedən həbslərə etiraz olaraq Diyarbəkirdə baş verən terror aktına da münasibət bildirib:

“Baş verən terroru birmənalı şəkildə rəsmi Ankaranın atdığı addımlara cavab kimi qiymətləndirmək olar. Bu proses müəyyən narazılıqlara təkan verəcək və baş verən terror hadisələri ölkənin cənub-şərq bölgəsi ilə məhdudlaşmaya da bilər. İri şəhərlərdə də terror təhlükəsi gözləniləndir. Türkiyənin son zamanlar bölgədə yeritdiyi aktiv siyasət fonunda belə təhlükələr həmişə mövcud olub”.

Qeyd edək ki, HDP lideri Səlahəddin Dəmirdaş və 11 kürd deputat ötən gecə Diyarbəkir prokurorluğunda açılan istintaq işi çərçivəsində həbs ediliblər.

Bunun ardınca isə Diyarbəkirdə terror aktı baş verib. Nəticədə 6 nəfər yaralanıb, 1 nəfər isə həlak olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi