azia.az
azia.az

Hakan Şükürün atası Semet Şükür tutuldu

12-08-2016, 15:21

Hakan Şükürün atası Semet Şükür tutuldu
Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Semet Şükür bu gün saxlanılıb

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, polisə S.Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.

Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən S.Şükür onlara təslim olub.

S.Şükür ifadəsi alınması üçün polis idarəsinə aparılıb. Qeyd edək ki, dünən Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H.Şükür və atası S.Şükürun saxlanılması barədə qərar verib. Bu gün isə prokurorluq H.Şükür və atasının mal və mülklərinin müsadirə edilməsi barədə qərar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi