azia.az
azia.az

ABŞ-da polisə atəş açmaqda şübhəli bilinən şəxs özünü öldürüb

9-07-2016, 06:36

ABŞ-da polisə atəş açmaqda şübhəli bilinən şəxs özünü öldürüb ABŞ-ın Texas ştatının Dallas şəhərində polisə atəş açan şübhəli şəxslərdən biri özünü öldürüb.

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, təslim olması üçün polisin danışıqlar apardığı şəxsin özünü öldürdüyü bildirilsə də, bəzi mənbələr onun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyünü iddia edir.

Polisə atəş açmaqda şübhəli bilinən daha üç nəfərdən biri isə özü təslim olub, ikisi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, iyulun 8-nə keçən gecə polis zorakılığına qarşı keçirilən aksiya zamanı bir qrup şəxs polis əməkdaşlarına atəş açıb. Polislərdən 5-i ölüb, 11-i yaralanıb.

Aksiyalar iki qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilir. İyulun 6-da Minnesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşı sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürüb. İnsident zamanı sürücünün uşağı və rəfiqəsi də avtomobildə olub.

Hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılıb və əhali arasında kəskin etiraza səbəb olub.

Digər analoji hadisə isə Luiziana ştatında baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib.

Bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb.

Bunun ardınca iğtişaşlar başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi