Vəzifəli şəxs rüşvət alarkən həbs edildi
 Moskvada Kirov vilayətinin qubernatoru Nikita Belıx həbs edilib.
 Moskvada Kirov vilayətinin qubernatoru Nikita Belıx həbs edilib.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qubernator Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən  Moskva restoranlarının birində 400 min avro rüşvət alarkən həbs edilib.
 
Hadisə ilə əlaqədar cinayət işi açılıb. Nikita Belıx 2000-ci ildən Kirov vilayətinin qubernatoru vəzifəsində çalışır.