İstanbulda Novruz gərginliyi: 164 adam həbs edildi
Dünən İstanbulda Novruz bəhanəsi ilə təşkil edilən tədbirlərdə ümumilikdə 164 nəfər gözaltına alınıb.
Lent.az-ın ntv.com.tr-a istinadən məlumatına görə, həmin 164 nəfərdən 12-si 18 yaşdan kiçik uşaqlardır.
Polislər Novruz bəhanəsi ilə küçələrdə təkər yandıran, yol kəsən, polisə daş, hava fişəngi və molotov kokteyli atan, qanunsuz pankartlar hazırlayan həmin şəxsləri saxlayaraq Təhlükəsizlik Şöbə Müdirliyinə aparıblar.
Qeyd edək ki, terror hadisələrindən sonra təhlükəsizlik baxımından İstanbulda Novruz şənliklərinin keçirilməsi qadağan edilib.