azia.az
azia.az

Çində daşqınlar: 20 ölü

20-06-2016, 02:42

Çində daşqınlar: 20 ölü Çinin mərkəzi bölgələrində baş verən daşqınlar nəticəsində azı 20 nəfər ölüb.
APA-nın TASS agentliynə istinadən verdiyi xəbərə görə, təbii fəlakətdən 2 milyon insan ziyan çəkib.

Təkcə Hubey əlayətində son iki sutka ərzində 4 nəfər ölüb, 12 nəfər itkin düşüb. Əyalətin 21 yaşayış məntəqəsi su altında qalıb, 10 min nəfər təxliyə olunub.
Tzyansi əyalətində 2 nəfər ölüb, daha iki nəfər itkin düşüb, 58 min insan evini tərk etmək məcburiyyətində qalıb. Əyalətdə yüzlərlə yaşayış evini su basıb, kənd təsərrüfatı sahələri su altında qalıb. Çində farfor və keramika istehsalının mərkəzlərindən biri sayılan Tsindeçjen şəhərinə ciddi ziyan dəyib.
Meteoroloqların proqnozlarına əsasən, bölgədə yağıntılı hava şəraiti davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi