azia.az
azia.az

Qarabağdan sonra təşvişə düşən Donetsk “ordusunun” acınacaqlı durumu

20-03-2021, 11:51

Qarabağdan sonra təşvişə düşən Donetsk “ordusunun” acınacaqlı durumu
Ukraynanın şərqində separatçı Donetsk bölgəsində Azərbaycan ordusunun Qarabağda qazandığı qələbədən sonra ciddi təşviş hökm sürür. Buna səbəb Ukrayna ordusunun Qarabağda müharibənin gedişatına ciddi təsir göstərmiş “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlanması və Azərbaycan ordusunun taktikasını öyrənməsi, bununla bağlı hərbi təlimlər keçirməsidir.

Virtualaz.org xəbər verir ki, belə vəziyyətdə “Donetsk Xalq Respublikası”nın ordusunun acınacaqlı vəziyyətdə olduğu haqda məlumatlar yayılır. Donbass separatçılarının təbliğatı ilə məşğul olan rusiyalı hərbi müxbir və şairə Anna Dolqaryeva bildirir ki, indi sosial şəbəkələrdə Ukrayna ordusunun yazda hücuma keçəcəyi haqda açıq danışırlar. O, “Donetsk Xalq Respublikası ordusunun” rusiyalı “könüllülərindən” birindən aldığı məlumatları paylaşır, bu məlumatlarda Donetsk separatçılarının ordusunun acınacaqlı vəziyyətindən bəhs olunur.
Qarabağdan sonra təşvişə düşən Donetsk “ordusunun” acınacaqlı durumu

“1-ci ordu korpusuna yoxlama gəldi. Və gördüklərindən sarsıldı. Novoazovskda 9-cu polkun tanklarından yarıdan çoxu metallomdur. Qorlovkada da eyni vəziyyət hökm sürür, 3-cü briqadada. Və 1-ci Slavyansk polkunda texnikanın və artilleriyanın yarıdan çoxu xarabdır. Yuxarıya göndərilən hesabatlarda isə əksinə, tam döyüş hazırlığı və təchizat haqda yazırdılar. Baş qərargah da bu məlumatlara əsaslanırdı. Belə çıxır ki, Baş qərargahın hücum və geri çəkilmə planları boş şeydir. Çünki yalan informasiyalara əsaslanır. Mövqelərin hərəsində 1 nəfər növbə çəkir. Polkların və briqadaların 40 faizə yaxın şəxsi heyəti çatışmır. Korpus müqavilə şərtlərini yerinə yetirmir, insanlar ordudan qaçır. Qalanları demoralizə olunub və motivasiyalı deyillər. Forma yoxdur, ayaqqabı yoxdur, zirehli jiletlər yoxdur, hamısını öz hesabına almalısan. İkinci müdafiə xətti yoxdur. Qaçaq yollarla Ukrayna ordusu elə indi də kalonlarla keçə bilər. Qoşunlarda şifrələnmiş radiorabitə yoxdur. Döyüş komplekti yoxdur, yanacaq oğurlanır. Şəxsi heyətə təlim keçilmir. Heç nə yoxdur, ordu yoxdur. Birinci ordu korpusu feykdir”,-həmin “könüllü” yazır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi