azia.az
azia.az

Ermənistan vətəndaşı xeyli miqdarda qızılla ölkəsini tərk edib

4-04-2016, 18:21

Ermənistan vətəndaşı xeyli miqdarda qızılla ölkəsini tərk edib Gürcüstanın Sadaxlı gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşından 10 kiloqramdan çox qızıl götürülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Gəlir Xidmətindən bildirilib. Gəlir Xidmətinin məlumatına görə, Sadaxlı gömrük keçid məntəqəsində gömrük əməkdaşları şübhə əsasında yoxlamaq məqsədilə Ermənistan vətəndaşı M.A-nı saxlayıblar. Saxlanılan şəxs Ermənistan tərəfdən Gürcüstana keçib. Baxış zamanı onun kəmər yerinə bərkidilən, gömrükdən gizlədilən 10,500.79 qram qızıl aşkarlanıb.

Gürcüstan Maliyyə Nazirliyinin istintaq qrupu faktla bağlı araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi