azia.az
azia.az

Xalq artisti yalan danışır?- “Gülyaz Məmmədova ilə Cavanşir Feyziyev əmiuşağı deyillər”

28-04-2019, 11:31

Xalq artisti yalan danışır?- “Gülyaz Məmmədova ilə Cavanşir Feyziyev əmiuşağı deyillər”
“Gülyaz Məmmədova yalan danışır, Cavanşir Feyziyevlə onlar əmiuşağı deyillər”.
Bu barədə AFN-ə məlumatlı mənbə bildirib. Məlumatda bildirilir ki, deputat və xalq artisti eyni kənddən olsalar da, əmiuşağı deyillər: “Hər ikisi Şəkinin Böyük Dəhnə kəndindəndir. Böyük Dəhnə rayonun ən böyük kəndlərindən biridir. Əhalisinin sayı 5 min nəfərdən çoxdur. Cavanşir Feyziyev və Gülyaz Məmmədova eyni kənddə doğulsalar da, əmiuşağı deyillər. Ola bilsin sonradan hansısa qohumluq əlaqələri yaranıb, amma dəqiq bilirəm ki, onlar əmioğlu-əmiqızı deyillər. Bunu onların soyadları da təsdiqləyir: Məmmədova Gülyaz xanımın qızlıq soyadıdır, Cavanşir Feyziyev isə təbii ki, sonradan soyadını dəyişəsi deyil, o da onun atasından gəlmə soyadıdır”. Mənbə onu da qeyd edib ki, yayılan məlumatlar deputat üçün ciddi baş ağrısına çevrilib. Belə ki, C.Feyziyevin H.Abdullayevdən əmlak alması, xalq artisti ilə müəmmalı münasibətləri kluarda ona qarşı mənfi rəyin yaranmasına səbəb olub: “Nəzərə alsaq ki, növbəti parlament seçkilərinə çox az vaxt qalıb (bəzi iddialara görə, bu ilin payızında növbədənkənar seçkilərin keçirilməsi mümkündür-red.) bu cür məlumatlar Feyziyevi hətta mandatdan da məhrum edə bilər”.
Xatırladaq ki, mediada C.Feyziyevin sabiq deputat Hüseyn Abdullayevin dəyəri milyonlarla ölçülən obyektini G.Məmmədovanın adına alması ilə bağlı məlumat yayılıb. Xalq artisti isə məsələ ilə bağlı açıqlama verərkən C.Feyziyevlə əmiuşağı olduqlarını, bu məsələnin on il əvvəl baş verdiyini deyib.
Mövzu ilə bağlı digər yazılarla aşağıdakı linklərdən tanış ola bilərsiniz:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi