azia.az
azia.az

Astara polisinin fədakarlığı dünya mediasının gündəmində - VİDEO

11-10-2017, 09:40

Astara polisinin göstərdiyi igidlik dünya mediasının xəbər manşetinə çevrilib. Evlərinə su dolarkən insanları anında xilas edən polis zabiti o gecə baş verənləri ARB Tv-yə danışıb.

Astara RPŞ-nin tağım komandiri Xəqani Rüstəmov: “Həmin günü təsvir etmək şəxsən bizim üçün çox çətindir. Çünki, hadisə yerinə gəlmişik, elə ailələr var ümumiyyətlə sellə bağlı heçbir məlumatları yoxdur, yatıblar yerlərində. Onları oyadırıq, və oyadandan sonra artıq suyun daşqının gəlməsini görəndə onlar özləri siz özünüz təsvir edin də necə olublar. Vahimə, qışqırıqlar, hərə bir tərəfdən. Uşaq, qoca, yaşlı. Demək olar ki, üç saat ərzində həmin ərazidə olan köməksiz insanlar polis əməkdaşları tərəfindən təxliyyə olundu. Tam şəkildə, itkisiz biz təxliyyəni başa vurduq.”

Həftə sonu ölkəmizdə hər kəs bu polis zabitindən danışdı. O, xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi şücaətlə dünya mediasına manşet oldu. Kənd sakinlərinin telefonla çəkdikləri fotolarla Xəqani Rüstəmov özünün də xəbəri olmadan günün qəhrəmanına çevrildi.

Astara RPŞ-nin tağım komandiri Xəqani Rüstəmov: “Ümumiyyətlə o fotoşəkillərdən doğurdan da mənim məlumatım yox idi, amma əlbəttə ki, sevindirici bir haldır.”

Oktyabrın 4-də axşam saatlarında Masallı, Lerik, Lənkəranla yanaşı Astara rayonunda bir neçə kənd və məhəllələr sel daşqınları zamanı su altında qaldı. Astarada əsasən Rüdəkəran, Qapıçıməhəllə, Məscidməhəllə və bir sərhəd zastavasının ərazisini bütünlüklə su basdı. Rayonda ümumilikdə 60 ailə təhlükə ilə üzləşdi. Həmin gecə qayıqlardan istifadə etməklə və xüsusilə də Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının ciddi səyləri nəticəsində evlərində köməksiz halda qalmış sakinlər təxliyyə olundular. Sel daşqınlarında Mərziyə nənənində ailəsini xilas etməyə gələnlər polislər oldu.

Sakin Əfqan Əliyev: “Gəldi, qoca qadını götürdü qoydu belinə, o biri polis gəldi bacımı götürdü. Hərəsi birin götürdü çıxartdı, mindirdi, apardı onları təcili yardıma. Allah bu polislərin canın sağ etsin ki, ölmədik biz. Mənim yaşlı anam ölmədi. İndi də yaşayır.”

Sakin Mərziyə Əliyeva: “Həmin gecə polis gəldi mənə, balalarıma köməklik etdi, apardı.”

Həftənin xəbər manşetinə çevrilən Xəqani Rüstəmov sel daşqınlarında insanları xilas etməyi qəhrəmanlıq hesab etmir, polisin vəzifə borcu olduğunu deyir.

Astara RPŞ-nin tağım komandiri Xəqani Rüstəmov: “Nə qədər ki, başaımızın üstündə Allahımız, alnımızda müstəqil Azərbaycan Respublikasının qerbi, çiynimizdə onun şəffaf üçrəngli bayrağı, və ürəyimizdə də Ali baş komandanımız nə qədər ki, yaşayır və inandırıram ki, həmişə də belə olacaq. Və biz Azərbaycan polisi olaraq, xalqımızın ictimai asayişin qorunmasında təhlükəsizliyində əlimizdən gələni əsirgəmiyəciyik.”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi