azia.az
azia.az

KÖNLÜ BALIQ ISTƏYƏN QUYRUĞUNU BULADA SÖYKƏYƏ GƏRƏK

3-05-2021, 16:49


Sizə kimlərdən deyək, kimlərdən danışaq, Salyan Balıqartırma Zavodunun direktoru Qulu bəylə Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovun ilginc iş birliyindən.
KÖNLÜ BALIQ ISTƏYƏN QUYRUĞUNU BULADA SÖYKƏYƏ GƏRƏK
Başlayaq balıqçıdan. Etibarlı mənbələrdən redaksiyamıza verilən məlumata görə, vaxtilə sovxoz müdiri olan Qulu bəy “SOVmestnoye XOZyaystvo” dağılandan sonra müstəqilliyin ilk illərindəki hərc-mərclikdən, çapovulçuluq və korrupsiya mühitindən səmərəli istifadə edərək, müəssisənin mülkiyyətindəki təqribən 250 hektar əkinə yararlı torpaq sahəsini saxtakarlıqla ələ keçirib. Bu ərazinin böyük bir hissəsində balıqçılıq təsərrüfatı yaradan Qulu bəy əlaqələrinin, pulunun hesabına başbilənlərdən böyük güzəştlər qazanıb və həmin səlahiyyətli şəxslər kənd zəhmətkeşlərinin mal-qaranı otarmağa örüş tapa bilmədikləri halda Qulunun ekspansiya siyasətinə, işğalçılığına göz yumublar. Bildirilir ki, balıqartırma zavodu (onun rəhbəri) heç vicdanlı vergi ödəyicisi də deyil. Üstəlik, zavodda çalışanlarla münasibətin tənzimlənməsində əmək qanunvericiliyinin tələblərinə də riayət edilmir.

Əlbəttə, “könlü balıq istəyənin quyruğu suda gərək”. Zirəklikdə Quludan heç də geri qalmayan, hətta onu qabaqlayan, 40 ildən artıqdır ki, Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsinə rəhbərlik edən Bulat Ağabəyov da fermerləri “zəif bənd” hesab edib kollektorun suyunu onların yanıb-qovrulan təsərrüfatlarına deyil, Qulunun balıq gölünə yönəldib. Çünki bu cütlük üçün vətəgələrdə yetişdirilən sazan, belamor balıqları və onlardan gələn qazanc sadə insanlardan, həmyerlilərindən daha qiymətlidir.

Yeri gəlmişkən, KİV-də yazılıb ki, Bulat Ağabəyov bölgədə xeyli vaxtdır dəb düşmüş bu fəaliyyət növü ilə məşğul olanlara təkcə su ilə təminat məsələsində deyil, hələ işin lap əvvəlində, yəni, süni göl yaratdıqları vaxt kömək əlini uzadır. İdarənin balansında olan buldozerləri bu işə səfərbər edir. Salyan və qonşu rayonlarda olan belə göllər bu idarənin xidmətləri hesabına başa gəlib. Təxmini hesablamalara görə, 10 hektar ərazidə göl yaratmaq üçün idarənin texnikasına 7 min manat pul ödənilir. Müasir texnikalar bu işi cəmi 2 həftə ərzində görür. Yanacaq və sürücünün yemək xərcini vermək şərti ilə bu texnikalarların gününü 350-400 manata işlədirlər. Bu pulun da əhəmiyyətli bir hissəsi Bulat Ağabəyova çatır.

Salyanlılar ümid edirlər ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yenilənmiş rəhbərliyi adı indiyədək bir sıra qalmaqallarda hallanmış Bulat Ağabəyovun yaşının 70-i adladığını nəzərə alacaq, onun yerinə cavan və perspektivli başqa bir kadr təyin edəcək.

Heqiqet carcısı.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi