azia.az
azia.az

"Şuşa və Kəlbəcərə giriş pullu olsun" - Sabiq deputat

14-04-2021, 19:50


"Deyilənə görə, "Zəfər parkı"na giriş pulludur - 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər üçün pulsuz olacaq".
"Şuşa və Kəlbəcərə giriş pullu olsun" - Sabiq deputat
Milli.Az bildirir ki, bunu sfera.az-a açıqlamasında sabiq deputat Etibar Hüseynov deyib. O qeyd edib ki, buradan yığılan pulların "YAŞAT" fonduna köçürülməsinin tərəfdarıdır:

"Hətta çox istərdim ki, gələcəkdə istirahətə gələnlər üçün Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama da giriş pullu olsun. Simvolik 50 qəpik, 1 manat və ya kim nə qədər istəsə. Niyə də yox?

Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və s. pullu edilib. Ki, bura filankəs pul qoyub, əziyyət çəkib. İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə də "YAŞAT" Fonduna yığılmaq şərtilə".

Sabiq deputat bildirib ki, bu addım hamının ürəyincə olar: "Hər kəsə istirahətdən əlavə ruhən və mənən bir rahatlıq da gətirər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi