"YAŞAT” Fondu daha 3 qazimizin əməliyyat xərclərini qarşıladı
"YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
Fonddan virtualaz.org-a verilən məlumata görə, qazilərimiz Misir Axundovun, Cavid Arzumanovun və Həsən Mehdiyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.