azia.az
azia.az

Samir Nuriyev Əlaqələndirmə Qərargahını topladı: müvafiq təlimatlar verildi

20-03-2021, 11:51

Samir Nuriyev Əlaqələndirmə Qərargahını topladı: müvafiq təlimatlar verildi
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti - 4-cü iclası keçirilib.

Virtualaz.org bildirir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın fəaliyyətini dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq həyata keçirdiyini qeyd edib.

Qərargahın rəhbəri bildirib ki, ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı üçün qısa və uzunmüddətli planlar, “Ağıllı kənd” konsepsiyasının tətbiqi üzrə məruzələr dinlənilib və müvafiq təlimatlar verilib.
Samir Nuriyev Əlaqələndirmə Qərargahını topladı: müvafiq təlimatlar verildi
İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq işlərin planlı və ardıcıl surətdə aparılmasının vacibliyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi