azia.az
azia.az

Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?

13-11-2020, 15:04

Səhiyyə Nazirliyinin tabeçiliyində olan orta-ixtisas müəssisələrindən biri də Sumqayıt şəhərində yerləşən Tibb Kollecidir ki,burada 4 ixtisas üzrə mütəxəsis hazırlnır.Burada Kollecin direktoru vəzifəsinin başında 2010-cu ildən Rəfayil Eyvazov oturur.Bir direktor olaraq Rəfayıl Eyvazovun bu təhsil müəssisəsində nə kimi işlər gördüyü barədə heç nə deyə bilmərik.Çünki diroktor kimi çalışdığı illər ərzində bağlı olduğu qohumluq tellərinə arxayın olaraq kolleçdə nə istəyib,onu da edib.Qeyd edək ki,Rəfail Eyvazov Tibb Kollecinin diroktoru olmaqla yanaşı həm də biznesmendi. restoranlar şəbəkəsinə sahibdir.Həm də Azərbaycan Həmkarlar Konfederasıyasının sədri,millət vəkili Səttar Mehbalıyevlə qohumluq telləri var.Elə bu səbəbdən də Rəfayil Eyvazov Sumqayıt Tibb Kollecini istədiyi kimi idarə edir.Elə Aktualinfo.org-un apardığı araşdırmalarda da bu özünü açıq aydın göstərir.
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
Belə ki,Sumqayıt Tibb Kolleci tərəfindən 28.10.2020-ci il tarixdə keçirmiş olduğu kotirovka sorğularında əsaslı təmir işləri üzrə 19 985 manat dəyərində müqavilə “Bornit-91” Məhdud Məsuliyyətli Cəmiyyət ilə, əsaslı təmir işləri üzrə 19 995 manat dəyərində müqavilə “Aktiv-N Ticaret” Məhdud Məsuliyyətli Cəmiyyət ilə,digər kommunal xidmətlər üzrə 4929 manat dəyərində müqavilə “Real texno Servis” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanmışdır.
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
08.10.2020-ci il tarixdə istehlakyönlü xidmətlər üzrə 7360 manat dəyərində müqavilə,digər malların alınması üzrə 11600 manat dəyərində,qeyri maddi aktivlər üzrə 26640 manat dəyərində müqavilələr “Novella” Məhdud Məsuliyyətli Cəmiyyət ilə,cari təmir işləri üzrə isə 26 970 manat dəyərində müqavilə “Bornit-91” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanmışdır.

15.09.2020-ci il tarixdə maşın və avadanlıqlar üzrə 9840 manat dəyərində müqavilə “ZZ-Ticaret ” Məhdud Məsuliyyətli Cəmiyyət ilə,29.07.2020-ci il tarixdə dəftərxana və təsərrüfat xərcləri üzrə 17 296 manat dəyərində müqavilə “Port Group” Məhdud Məsuliyyətli Cəmiyyət ilə,21.07.2020-ci il tarixdə isə muhafizə xərcləri üzrə 34 900 manat dəyərində müqavilə “TIIM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

27.04.2020-ci il tarixdə cari təmir işləri üzrə 29 985 manat dəyərində,14.04.2020-ci il tarixdə isə abadlasma işləri üzrə 21 000 manat dəyərində müqavilələr “Banfor NN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən satınalma müqavilələri başlanmış MMC-lər ətrafında apardığımız araşdırmalarda nələr məlum oldu? Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Bornit-91” Məhdud Məsuliyyətli Cəmiyyəti 24.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 5 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Nağıyeva Qönçə Arzu qızıdır.Kollec MMC ilə ümumi olaraq 46 955 manat məbləğində satınalma müqaviləsi imzalayıb.

“Novella” Məhdud Məsuliyyətli Cəmiyyəti 29.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 2 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Məmmədova Lalə Azad qızıdır.

“Aktiv-N Ticaret” Məhdud Məsuliyyətli Cəmiyyəti 17.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 5 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Əhmədzadə Miralim Nizami oğludur.

“Real texno Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti 17.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 5 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Məmmədov Arif Zülfəli oğludur. “Aktiv-N Ticaret”və “Real texno Servis” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin hüquqi ünvanı Nərimanov rayonu Əliyar Əliyev küçəsində yerləşir.

“ZZ-Ticaret “ Məhdud Məsuliyyətli Cəmiyyəti 27.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 5 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Rəsulov Zamin Zahir oğludur.

“Port Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 20.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 2 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi İsmayılov Zakir Şakir oğludur.

“Banfor NN” Məhdud Məsuliyyətli Cəmiyyəti 19.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 5 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Kərimov Səməd İlham oğludur.

Qeyd edək ki,“Port Group”,”Banfor NN” MMC-lər də “Novella” MMC-nin də hüquqi ünvanı kimi göstərilən NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57-də yerləşir.Qeyd edək ki,”Banfor NN” MMC ilə 51 585 manat,”Novella” MMC ilə 45 600 manat dəyərində satınalma müqavilələri bağlanıb.

Sözügedən Kollec 2019-cu ildə də cari və əsaslı təmirə dövlət vəsaiti ayırıb.30,23,18.10.2019-cu il tarixlərdə keçirilmiş kotirovka sorğularının qalibi “Vip Kontakt” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və təmir və abadlaşma işlərinin aparılması üçün MMC ilə ümumi olaraq 92 695 manat məbləğində müqavilə bağlayıb. Qeyd edək ki,cəmi 2 manat nizamnamə kapitalı olan bu MMC nin də qanuni təsilçisi “Port Group” MMC-nin qanuni təmsilçisi olan İsmayılov Zakir Şakir oğludur.

Kollecin müqavilə bağladığı MMC-lərin biri də 20.02.2019-cu ildə dövlət qeydiyyatına alınmış “BRONZ” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki,cəmi 2 manat nizamnamə kapitalı var.Qanuni təmsilçisi Əliyev Elnur Eyvaz oğlu olan bu MMC-nin də hüquqi ünvanı NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57-dir.

“DRİNA-S” Məhdud Məsuliyyətli Cəmiyyəti də 19.08.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Cəmi 5 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Əsgərova Sevil Mikayıl qızıdır.Bu MMC-nin də hüquqi ünvanı NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57-dir.

Kollecin müqavilə bağladığı “HOME” Məhdud Məsuliyyətli Cəmiyyətinin də cəmi 2 manat nizamnamə kapitalı var. MMC-nin qanuni təmsilçisi Sevdiyev Rasət Nazir oğludur.Bu MMC-də 19.02.2019-cu ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57-dir.

“KLASS OPTİMA” Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmi 2 manat nizamnamə kapitalı var. MMC-nin qanuni təmsilçisi Qurbanlı Anar Rauf oğludur.Bu MMC-də 19.02.2019-cu ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57-dir.

“RABO 005” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 11.10.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.Cəmi 5 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Kərimov Alim Laçın oğludur. Bu MMC-nin hüquqi ünvanı isə “BORNİT-91” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ilə,BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİ VƏLİYEV, ev 9A, m. 105 ilə üst-üstə düşür.

“OKLEN-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı isə YASAMAL RAYONU, ALATAVA 1, ev 95,qanuni təmsilçisi isə Mehbəliyev Kamal Baba oğludur.

Qeyd edək ki 24.05.2019-cu il tarixdən 28.10.2020-ci il tarixə qədər Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğuları yolu ilə əsaslı təmir işləri,cari təmir işləri,abadlaşdırma,dəftərxana və təsərrüfat xərcləri,masın və avadanlıqlar,digər malların alınması,kommunikasiya islərinin satınalmasına ümumi olaraq 497 385 manat dövlət vəsaiti ayrılıb. Bütün bunlar isə bir ünvanda qeydiyyata alınmış, bir nəfər tərəfindən idarə olunan ayrı-ayrı MMC-lərin adına bağlanmış müqavilələrlə həyata keçirilib.

Qeyd edək ki,Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın görsənir.Tender Komissiyasinin ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı,son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır.Lakin kotirovka sorğusu keçirilməzdən 1-2 ay əvvəl yaradılmış 5-10 manat nizamnamə kapitalı olan,başqa heç bir tender prosedurunun iştirakçısı olmayan yuxarıda qeyd etdiyimiz bu MMC -lərin nə kimi maddi texniki bazası,kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər?

Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Digər tərəfdən də qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-nin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının və maliyyə,bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməməsinə gətirib çıxarır.Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularından da göründüyü kimi,hüquqi ünvanı eyni olan, müxtəlif adlar altında ayrı-ayrı şəxslərin adına yaradılmış 8 MMC ilə satınalma müqavilələrinin bağlanılmasını bir nəfər tərəfindən idarə edildiyini deməyə əsas verir. Bu da təbii ki,Sumqayıt Tibb Kollecinin direktoru Rəfayıl Eyvazovun rəhbərliyi ilə həyata keçirilib.Bir nəfərin adına yaradılmış ayrı-ayrı MMC-nin,bir ünvanda yaradılmış 8 MMC-nin kimlər tərəfindən idarə ediliyini güman ki,bir direktor kimi müqavilə bağlayarkən Rəfayıl Eyvazov bilməmiş deyil. Sumqayıt Tibb Kollecinin direktoru Rəfayıl Eyvazovun kotirovka sorğularının keçirilməsi zamanı yol verdiyi bu və buna bənzər nöqsanları artıq yuxarıda qeyd etmişik. Bir ilin içində barələrində heç bir məlumat olmayan,cəmi 2,5,10 manat nizamnamə kapitalı olan bu MMC-lərlə ümumi dəyəri 497 385 manatlıq satınalma müqaviləsinin bağlanılmasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə yol verib?Bunu təbii ki,Respublika Hesablama Palatasından və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən də soruşmaq lazımdır.
İstinad olunan mənbə bu linkdədir: My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi