azia.az
azia.az

Ali Məhkəmədə Nurəddin Xocanın kassasiya şikayətinə baxılır

27-02-2020, 03:01

Ali Məhkəmədə Nurəddin Xocanın kassasiya şikayətinə baxılır
Azərbaycan Ali Məhkəməsi bu gün 2019 cu ildən bloklanmış Teref.info saytının redaktoru Nurəddin İsmayılovun kassasiya şikayətinə baxdı. Jurnalist, 2019-cu ilin mart ayında dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə 2 il sınaq müddəti ilə 5,5 il müddətinə azadlıqdan məhrum edildi.
Buna səbəb 2018 il mart ayına qədər "Azenerjinin" prezidenti olan Etibar Pirverdiyevin qanunsuz hərəkətləri barədə mütəmadi mediada dərc olumuş yazıları öz saytında, müəllif sayt və qəzetlərə istinadla dərc etməsi olmuşdur.
Hökmü bir sıra beynəlxalq jurnalist təşkilatları qınayıb. Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxladı. Ali Məhkəmədə keçirilən məhkəmə iclasında vəkil Elçin Sadıqov çıxış edərək, KİV haqqında qanunun 62 maddəsinə istinadən Teref.info saytının heç bir qanunu pozmadığını, bu itthamların söz azadlığına hücum kimi dəyərləndirildiyini, Avropa konvensiyasının 6,8,10,13,14 və 18 maddələrinin pozulduğunu, ümumiyyətlə bu işin absurd olduğunu dedi.
Vəkildən sonra prokuror ittihamı müdafiə etdi.
Ali Məhkəmə tərəfləri dinləyəndən sonra məhkəməni mart ayının 3-nə təxirə saldı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi