azia.az
azia.az

Qaza tamarzı Hacı Mahmudlu sakinləri və nağılbaz məmurlar...-Əziz Qənbərov

1-02-2020, 19:26

Qaza tamarzı Hacı Mahmudlu sakinləri və nağılbaz məmurlar...-Əziz Qənbərov
Məlumdur ki, fevral ayının 9-da Azərbaycanda deputat seçkiləri keçiriləcək. Bununla əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.
Dalidag.az xəbər verir ki,123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərovun növbəti görüşü Yevlax rayon Qoyun Binəsi və Hacı Mahmudlu kəndində baş tutub. Bütün görüşlərdə olduğu kimi, burda da vəkil sakinlərin qayğı və problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib. Görüş əsnasında məlum olub ki, sakinlər gündəlik qayğılardan daha çox məmur özbaşınalığından şikayətçidirlər. Məmurların ümumiyyətlə, kənd sakinləri ilə maraqlanmadığı qeyd olunub.
Bu barədə Ə.Qənbərov özü məlumat verib. O, soydaşlarına müraciətlə təəssüratlarını bölüşüb:

"Hörmətli KƏLBƏCƏRLİLƏRİM!

Yevlax rayon Qoyun Binəsi və Hacı Mahmudlu kəndində yaşayan soydaşlarımız da hamı kimi əsasən məmur özbaşınalığından və ümumiyyətlə məmurların onların problemi ilə qətiyyən maraqlanmadıqlarını qeyd edirlər.
Hacı Mahmudlu kəndindən qaz 50 metrlik məsafədən Elman Nəsirov demiş əyilə-əyilə keçir. Soydaşlarımıza yaxın gəlmir ki, gəlmir. Bizim nağılbaz məmurlarımız isə ölkə başçısına ölkə başçısının özünün dili ilə desək yalan nağıllar danışırlar."

Dalidag.az
Qaza tamarzı Hacı Mahmudlu sakinləri və nağılbaz məmurlar...-Əziz Qənbərov
Qaza tamarzı Hacı Mahmudlu sakinləri və nağılbaz məmurlar...-Əziz Qənbərov
Qaza tamarzı Hacı Mahmudlu sakinləri və nağılbaz məmurlar...-Əziz Qənbərov
Qaza tamarzı Hacı Mahmudlu sakinləri və nağılbaz məmurlar...-Əziz Qənbərov
Qaza tamarzı Hacı Mahmudlu sakinləri və nağılbaz məmurlar...-Əziz Qənbərov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi