azia.az
azia.az

DSMF sədri Salyanda qəbul keçirəcək

9-03-2016, 10:24

DSMF sədri Salyanda qəbul keçirəcək Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Salyan rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin mətbuat xidmətindən verilən məlumata görə, qəbul martın 16-da saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün keçiriləcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Salyan rayon şöbəsində (02125) 5-50-61
Şirvan şəhərinin şöbəsində (02121) 5-10-22
Haciqabul rayon şöbəsində (02120) 4-41-31
Neftçala rayon şöbəsində (02126) 3-34-00
Biləsuvar rayon şöbəsində (02529)5-00-22
Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi